featured-image-55881

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək İngiltərə – Azərbaycan oyununun hakim təyinatları açıqlanıb.

Msport.az xəbər verir ki, qarşılaşma Xorvatiyadan olan qadın FIFA referisi İvana Martinçiçə tapşırılıb.

Ona Sanya Rodyak-Karşiç və Maya Petraviç köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Sabina Boliç yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 15-də Bristol şəhərində yerləşən “Ashton Gate” stadionunda baş tutacaq İngiltərə – Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 22:30-da start götürəcək. U-21 bu gün saat 18:00-da Şimali İrlandiyanın qonağı olacaq.

Bənzər xəbərlər