featured-image-50785

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Lüksemburq yığması ilə keçirəcəyi səfər oyununun yeri müəyyənləşib.

Msport.az xəbər verir ki, F qrupu çərçivəsində sentyabrın 6-da təşkil olunacaq görüş Eş-Sur-Alzett şəhərində yerləşən “Emile Mayrisch” stadionunda baş tutacaq.

Matçın başlama saatı hələlik bəlli deyil.

Bənzər xəbərlər