featured-image-51228

Qadın futbolçular arasında Avropa çempionatının pley-off mərhələləri üçün püşkatma olub.

Mspotrt.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində Azərbaycan milli komandasının rəqibi müəyyənləşib. Millimiz birinci pley-off mərhələsində B Liqasının qrup mərhələsinin ən yüksək reytinqli yığmalarından biri olan Portuqaliya ilə qarşılaşacaq.

Azərbaycan seçməsi ilk oyununu oktyabrın 23-də öz ölkəsində, cavab görüşünü isə oktyabrın 29-da səfərdə keçirəcək.

Azərbaycan – Portuqaliya cütünün qalibi ikinci pley-off mərhələsində Belarus – Çexiya cütünün qalibi ilə üz-üzə gələcək. Bu raundun oyunları noyabrın 27-də və dekabrın 3-də olacaq. Azərbaycan – Portuqaliya cütünün qalibi ilk görüşünü evdə keçirəcək.

Bənzər xəbərlər