featured-image-44880

Martın 25-də FİFA Series çərçivəsində Azərbaycan milli komandası ilə qarşılaşacaq Bolqarıstan yığmasının heyəti açıqlanıb. Msport.az xəbər verir ki, baş məşqçi İlian İliev 26 futbolçuya dəvət göndərib.

Qapıçılar: İvan Dulgerov (“Çerno More”), Svetoslav Vutsov (“Slaviya” Sofiya), Dimitar Mitov (“Sent-Conston”, Şotlandiya);

Müdafiəçilər: Viktor Popov, Jivko Atanasov (hər ikisi “Çerno More”), İvan Turitsov (ÇSKA, Sofiya), Patrik-Qabriel Qalçev (“Levski”), Aleks Petkov (“Şlensk”, Polşa), Petko Xristov (“Spesiya”, İtaliya), Valentin Antov (“Kremoneze”, İtaliya), Yoan Stoyanov (“Hapoel Beer Şeva”, İsrail);

Yarımmüdafiəçilər: İvaylo Çoçev, Todor Nedelev (hər ikisi “Ludoqores”), İlyan İliev (“Çerno More”), Stanislav İvanov (“Arda”), Dimitar Tonev (“Krumovqrad”), İliya Qruev (“Lids”, İngiltərə), Filip Krastev (“Zvolle”, Niderland), Georgi Kostadinov (APOEL, Kipr), Svetoslav Kovaçev (“Axmat”, Rusiya);

Hücumçular: Aleksandr Kolev (“Krumovqrad”), Lukas Petkov (“Qröyter Fürt”, Almaniya), Georgi Rusev (“Sion”, İsveçrə), Kiril Despodov (PAOK, Yunanıstan), Martin Minçev (“Rizespor”, Türkiyə), Georgi Minçev (AEL, Kipr).

Qeyd edək ki, Bolqarıstan martın 22-də “Dalğa Arena”da Tanzaniya, martın 25-də isə Tofiq Bəhramov adına Respublika stadionunda millimizlə üz-üzə gələcək.

Bənzər xəbərlər