featured-image-48375

Azərbaycan millisi ilə yoldaşlıq oyunu keçirəcək Qazaxıstan yığmasının heyəti açıqlanıb.

Msport.az xəbər verir ki, baş məşqçi Maqomed Adiyev iyunda keçiriləcək qarşılaşmalara dəvət etdiyi futbolçuları müəyyənləşdirib.

İlkin heyətə 34 futbolçu çağırılıb. Qazaxıstan millisi iyunda iki yoldaşlıq oyununda qüvvəsini sınayacaq.

Qapıçılar: İqor Şatski (“Aktobe”), Bekxan Şayzada (“Ordabası”), Danil Ustimenko (“Kayrat”), Aleksandr Zarutski (“Astana”);

Müdafiəçilər: Aleksandr Maroçkin, Yan Voroqovski, Marat Bıstrov (hamısı “Astana”), Erkin Tapalov, Roman Asrankulov, Ruslan Valiullin (hamısı “Tobol”), Baqdat Kairov, Alibek Kasım, Adilxan Tanjarikov (hamısı “Aktobe”), Sergey Malıy, Temirlan Erlanov (hər ikisi “Ordabası”), Adilxan Dobay (“Jetısu”), Mixail Qabışev (“Yelimay”), Nuralı Alip (“Zenit”, Rusiya), Aleksandr Zuyev (“Arsenal”, Rusiya);

Yarımmüdafiəçilər: Asxat Taqiberqen, Bauırjan İslamxan, Aybol Abiken (hamısı “Ordabası”), Maksim Samorodov, Ramazan Orazov, Arman Kenesov (hamısı “Aktobe”), Abzal Beysebekov, İslambek Kuat (hər ikisi “Astana”), Adilet Sadıbekov (“Kayrat”), İslam Çesnokov (“Tobol”);

Hücumçular: Ramazan Karimov, Elxan Astanov (hər ikisi “Astana”), İvan Sviricov (“Yelimay”), Vladislav Prokopenko (“Jeniss”), Abat Aimbetov (“Adana Demirspor”, Türkiyə).

Qeyd edək ki, Qazaxıstan millisi yığmamızla iyunun 11-də Macarıstanda qarşılaşacaq. Bundan dörd gün əvvəl Adiyevin komandası Ermənistanla üz-üzə gələcək.

Bənzər xəbərlər