featured-image-35630

Azərbaycan millisinin sabiq futbolçusu Branimir Subaşiç “Partizan”la UEFA Konfrans Liqasının cavab oyunu üçün Serbiyada olan “Sabah”ın düşərgəsinə baş çəkib.

Bu barədə Msport.az-a serbiyalı veteran hücumçunun özü məlumat verib.

O, ziyarət zamanı Bakı klubunun prezidenti Maqsud Adıgözəlovla da görüşüb.

Subaşiçə üzərində adı yazılmış 10 nömrəli forma hədiyyə olunub.

Qeyd edək ki, bu gün oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bakıdakı ilk matçda “Sabah” 2:0 hesabı ilə qələbə qazanıb.

media-IMG-20230817-WA0003

Bənzər xəbərlər