Millimizin yoldaşlıq oyunları üçün heyəti açıqlandı
İyunun 7-də Albaniya, 11-də isə Qazaxıstana qarşı beynəlxalq yoldaşlıq görüşü keçirəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Msport.az xəbər verir ki, məşqçi Arif Əsədov 25 futbolçuya dəvət göndərib.
Qapıçılar: Şahruddin Məhəmmədəliyev (Adana Demirspor), Türkiyə), Rəşad Əzizli (“Qəbələ”), Rza Cəfərov (“Neftçi”), Mehdi Cənnətov (“Sumqayıt”);
Müdafiəçilər: Elvin Bədəlov (“Sumqayıt”), Bədavi Hüseynov, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Toral Bayramov, Aleksey İsayev (hamısı “Qarabağ”), Qismət Alıyev, Ceyhun Nuriyev (hər ikisi “Zirə”), Rahil Məmmədov (LKS, Polşa), Anton Krivotsyuk (“Daejon Hana”, Cənubi Koreya), Amin Seydiyev, Elvin Camalov (hər ikisi “Sabah”), Coşqun Diniyev (“Ümraniyəspor”, Türkiyə), Emin Mahmudov (“Neftçi”), Emil Səfərov (“Qəbələ”), Vüsal İsgəndərli (“Boluspor”, Türkiyə), Emil Mustafayev (“Polissya”, Ukrayna).
Hücumçular: Mahir Emreli (“Dinamo Zaqreb”, Xorvatiya), Musa Qurbanlı (“Yurqorden”, İsveç), Ramil Şeydayev (“Kocaelispor”, Türkiyə).
Qeyd edək ki, Azərbaycan millisi hər iki matçını Macarıstanın Sombatxey şəhərindəki “Haladaş” İdman Kompleksinin stadionunda keçirəcək. Albaniya ilə oyun Bakı vaxtı ilə saat 21:00-da, Qazaxıstanla qarşılaşma isə saat 18:00-da başlayacaq.