Millinin 7 futbolçusu yoxa çıxıb
Eritreya millisində növbəti qalmaqal yaşanıb.
Msport.az xəbər verir ki, komandanın uzun fasilədən sonra keçirdiyi ilk səfər oyunundan sonra 7 futbolçu ölkəyə qayıtmayıb.
Hadisə Cənubi Afrika Respublikası ərazisində baş verib. Bildirilir ki, futbolçular ölkələrinə dönməmək üçün qaçaraq siyasi sığınacaq almağa çalışırlar. Eritreyada mövcud olan sərt rejim, məhdud azadlıqlar və müddətsiz hərbi xidmət səbəbindən 2009-cu ildən bəri təxminən 70 futbolçu oxşar şəkildə ölkəyə qayıtmaqdan imtina edib.
Qeyd edək ki, Eritreya millisi 2019-cu ilin dekabrından sonra uzun müddət heç bir oyun keçirməyib və hətta FIFA reytinqindən çıxarılıb.







