featured-image-646

“Mən ilk gündən demişəm ki, millinin qapısı hamının üzünə açıqdır”.

Msport.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Maltayla yoldaşlıq oyunundan əvvəlmətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis iyunda Millətlər Liqasının oyunlarında mübarizə aparacaq heyətin özəyini məyyənləşdirməyə çalışdıqlarını bildirib: “Çox güman ki, bu gün milliyə dəvət alanlar əksəriyyəti bizimlə birlikdə olacaq”.

Heyət məsələsinə gəlincə, De Byazi əvvəlki toplanışlara Eddi İsrafilovu COVID-19 pandemiyası və daha sonra klubsuz qalması üzündən çağıra bilmədiklərini diqqətə çatdırıb: “Eddi bizim üçün vacib oyunçudur. Həm hava toplarında, həm də fiziki cəhətdən üstün cəhətləri var”.

Namik Ələskərovun yüngül zədə üzündən sabahkı oyunda çıxış edə bilməyəcəyini söyləyən baş məşqçi əvvəlki toplanışlarda əsasən gənclərə üstünlük verdiklərini xatırladıb. Lakin onun sözlərinə görə, zaman göstərib ki, nəticə qazanmaq üçün komandaya təcrübəli futbolçular da lazımdır: “Bu səbəbdən, gənclərlə bərabər təcrübəli futbolçulara da dəvət göndərdik”.

 

Bənzər xəbərlər