featured-image-12075

Azərbaycan Premyer Liqasının V turu çərçivəsində keçirilən “Sabah” – “Səbail” oyununda Mirabdulla Abbasov 9 aydan sonra yaşıl meydanlara qayıdıb.

Msport.az xəbər verir ki, 27 yaşlı hücumçu 83-cü dəqiqədə Qoba Zakpanın əvəzinə oyuna çıxıb.

Abbasov “Neftçi”də olsa da, əsas komandadan uzaqlaşdırılmışdı. Millimizin sabiq hücumçusu son dəfə ötən il dekabrın 15-də “Qəbələ” ilə 1:1 hesabı ilə heç-heçə başa çatan görüşdə “Neftçi”nin heyətində 10 dəqiqə meydanda olub.

“Neftçi” bu günlərdə Abbasovla müqaviləsini qarşılıqlı razılıqla pozdu və futbolçu “Səbail”lə müqavilə bağladı.

Bənzər xəbərlər