"Monako"nun sabiq pleymeykeri "Qarabağ" yolunda
Braziliyanın U-17 və U-20 millisinin sabiq futbolçusu Qabriel Boşilya “Qarabağ”a keçir.
Msport.az “terra.com.br” saytına istinadən xəbər verir ki, ölkəsində “Koritiba” klubunun formasını geyinən 27 yaşlı yarımmüdafiəçi tezliklə Ağdam təmsilçisi ilə müqavilə imzalayacaq. Təcrübəli oyunçu artıq “Koritiba” ilə yollarını ayırıb.
Əsas mövqeyi pleymeyker olan “sambaçı” sağ və sol vinger kimi də çıxış edə bilir. O, karyerası ərzində Fransanın “Monako”, Nant”, Belçikanın “Standard” klublarında legioner həyatı yaşayıb. Ölkəsində “İnternasional”ın da formasını geyinib.
Qeyd edək ki, bu mövsüm “Koritiba”nın heyətində 13 oyunda meydana çıxan Qabriel Boskiliya yalnız 3 matçda start heyətində yer alıb və hesabına 1 qol yazdırıb.