featured-image-68468

Bu gün Azərbaycan Premyer Liqasında 2025-26 mövsümü rəsmən start götürəcək.

Msport.az xəbər verir ki, mövsümün açılış matçı Şamaxıda keçiriləcək.

Çempionatın debütantları “Karvan-Yevlax” və “Qəbələ” komandaları üz-üzə gələcəklər. Yevlax təmsilçisi Premyer Liqadakı ilk oyununu, Qəbələ klubu isə elitaya dönüşünü qələbə ilə qeyd etmək əzmindədir.

1-ci turun digər görüşləri avqustun 16-19-u aralığında keçiriləcək.

 

Premyer Liqa

1-ci tur

15 avqust (cümə)

 

17:00. “Karvan-Yevlax” – “Qəbələ”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev

VAR: Rəşad Əhmədov

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Şamaxı şəhər stadionu

Bənzər xəbərlər