featured-image-47695

Azərbaycan Premyer Liqasının 33-cü turunda “Səbail” öz meydanında “Qəbələ”yə 2:3 hesabı ilə məğlub olub. Msport.az xəbər verir ki, matçdan sonra “dənizçilər”in baş məşqçisi Şahin Diniyev jurnalistlərin suallarını cavablandırıb:

-Deyiləcək çox söz yoxdur. Oyun istədiyimiz kimi alınmadı. Yəqin ki, mövsümdə ən zəif oyunumuzu keçirdik. Rəqib qələbəni daha çox arzulayırdı. Halbuki fərqli olmalı idi. Bu gün biz avrokuboklara vəsiqə qazanmaq şansını itirdik. Futbolda hər şey baş verir. Gərək başladığımız yolu davam etdirək.

-Avrokuboklara çıxmağa nə mane oldu? 

-Biz yeni yaranmış komandayıq və futbolçuların çox bir-birlərini tanımırdılar. Komandanın ənənələri və stabilliyi olmalıdır. Bizdə hələ ki bu yoxdur. Bəzi mövqeləri gücləndirmək lazımdır. Gələcək üçün yaxşı komandamız var. Səhvləri özümüzdə axtarmalıyıq.  Turnir cədvəlində 6-cı yeri tuturuq və Premyer Liqada yerimizi qoruyub saxladıq. Bu nəticəni qənaətbəxş hesab edirik.  Əgər 6-cı yerdə qalsaq, qarşıya qoyulmuş məqsədə çatmış olacağıq. Gələn mövsüm avrokuboklar uğrunda mübarizə aparacağıq.

Bənzər xəbərlər