Mövsümdə yeni azarkeş rekorda
Azərbaycan Premyer Liqasının X turu tamaşaçı sayında mövsümün rekordu ilə əlamətdar olub.
Msport.az xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən “Turan Tovuz” – “Şamaxı” matçını 5800 tamaşaçı izləyib.
Doğma arenaya qayıdan qərblilər bu görüşdə 2:1 hesablı qələbə qazanıb. Bu oyun mövsümün arxada qalan hissəsi üçün ən çox seyrçi toplayan görüşdür.
Bunadək rekord V turda qeydə alınmışdı. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı “Sumqayıt” – “Neftçi” matçında (0:2) 3500 izləyici olub.
Qeyd edək ki, ümumilikdə mövsümün baş tutan 58 oyununu 64 min 766 tamaşaçı izləyib. Orta göstərici 1117-yə bərabərdir.







