featured-image-46485

“Düşünürəm ki, “Qarabağ”ın dominantlığı işə düzgün yanaşma ilə bağlıdır. O mənada ki, çətin qrafikə baxmayaraq, hər oyunda maksimum konsentrasiya bütün 90 dəqiqə ərzində saxlanılıb. Bir çox rəqib buna hazır deyildi. Məşqçilər korpusunun düzgün sözləri və motivasiyası, heyətin rotasiyası baxımından işə səriştəli yanaşması da öz təsirini göstərdi”.

Msport.az xəbər verir ki, bu sözləri”Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiya mətbuatına açıqlamasında deyib.

33 yaşlı qolkiper komandanın uğurunda tibbi personalın əməyini də qeyd edib: “Onlar yüksək bacarıqla bizi hər matç üçün optimal vəziyyətə gətirirlər. Futbolçuların özlərinin peşəkarlığından, məsələyə münasibətini də vurğulamalıyıq. Hər oyuna motivasiyalı, yalnız qələbə arzusu ilə çıxmışıq. Bütün bu amillər nəticəyə təsir edib. Ola bilsin ki, rəqiblərin problemləri də rol oynayıb, amma onların adından danışmaq çətindir. Çempionatın son səkkiz oyununda mümkün qədər çox xal toplamaq, eləcə də Azərbaycan Kubokunu qazanmaq üçün bütün bunları mövsümün qalan hissəsinə də saxlamalıyıq. Mövsümü iki kubokla başa vurmaq əla olardı”.

O, Azərbaycandakı gündəlik həyatından da söz açıb: “Hər şey olduqca normal, rahatdır. Çünki orada rusdilli insanlar çoxdur və prinsipcə, həyat üçün lazım olan hər şey var. Şikayət etmək günah olardı”.

Qeyd edək ki, “Qarabağ” kubokun yarımfinal mərhələsinin ilk oyununda “Neftçi”ni 4:0 hesabı ilə məğlub edib.

Bənzər xəbərlər