featured-image-70834

Azərbaycan Premyer Liqasının VIII turunda “Zirə” səfərdə “Sabah”a 0:3 hesabı ilə məğlub olub. 

Msport.az xəbər verir ki, oyundan sonra qonaqların baş məşqçisi  Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırdı.

– Oyunu dəyərləndirmək çətindir. 6 aya yaxın idi ki, məğlub olmurduq. Sonuncu dəfə ötən mövsüm “Qarabağ”a uduzmuşduq. Nə vaxtsa məğlub olacağımızı bilirdik. Lakin bizə yaraşmayan məğlubiyyət oldu. İlk hissənin sonlarında buraxdığımız ardıcıl qollar oyunun qırılma nöqtəsi idi. İkinci hissədə cəhdlər etdik, amma olmadı. Rəqib əks-hücumda bizi cəzalandırdı. Qələbədə necə ki, tez unutmağa çalışırıqsa, məğlubiyyətə də bu reaksiyanı verməliyik. 

– Son vaxtlar belə zəif oynamamışdınız…
– Bəli, mövsümün ən zəif oyununu keçirdik. Heyətdə 6-7 futbolçunu itirmişik və yerlərin doldurmaq çətin olur. Bu, bəhanə deyil. Boşluqları doldurmaq çətindir. Çalışdıq, İsmayıl İbrahimli və Ceyhun Nuriyevin itkisi gözlənilməz oldu.

– Millinin son oyunundan sonra Şahruddin Məhəmmədəliyev vərəqə cəzalısı oldu. Qarşıdakı oyunlarda Aydın Bayramova şans verib, onun milli yolunu açmağı düşünürsünüz?
– Fikrimiz var. Son qərarı oyundan əvvəl verəcəyik.

Bənzər xəbərlər