Müller Almaniya millisindəki karyerasını başa vurdu
“Bayern”in hücumçusu Tomas Müller Almaniya millisindəki karyerasını başa vurub.
Msport.az xəbər verir ki, bu barədə 33 yaşlı futbolçunun özü açıqlama verib.
Təcrübəli oyunçu bildirib ki, Qətərdə keçirilən dünya çempionatında Kosta Rikaya 4:2 hesabı ilə qalib gəldikləri matç onun yığmadakı sonuncu oyunu olub.
Xatırladaq ki, Tomas Müller 2010-cu ildən Almaniya millisində çıxış edirdi.
Almaniya millisi E qrupunu üçüncü sırada tamamlayıb və DÇ-2022 ilə erkən vidalaşıb. 33 yaşlı Müller qrup mərhələsinin hər üç oyununda iştirak edib və qol vura bilməyib.