featured-image-45051

“Sabah”ın sabiq baş məşqçisi Murad Musayevin yeni iş yeri müəyyənləşib.

Msport.az xəbər verir ki, 40 yaşlı mütəxəssis “Krasnodar”ın baş məşqçisi təyin edilib.

O, mövsümün sonunadək komandaya rəhbərlik edəcək.

Qeyd edək ki, “Krasnodar” dünən serbiyalı Vladimir İviçlə yollarını ayırıb. 2021-ci ildən Bakı klubunda işləyən Murad Musayev cari il fevralın 1-də komanda ilə vidalaşıb. Mütəxəssis 2018-2021-ci illərdə “Krasnodar”ın əsas komandasında baş məşqçi olub.

Bənzər xəbərlər