featured-image-46709

Futbol agenti Timur Qurtskaya Murad Musayevin “Krasnodar”ın baş məşqşisi postuna təyinatını şərh edib.

Msport.az yerli mətbuata istinadən xəbər verir ki, o, Rusiya təmsilçisinin sabiq çalışdırıcı Vladimir İviçin Musayevlə müqayisəsini aparıb.

“İviç soyunub-geyinmə otağında görünməmiş səlahiyyətə malik diktator məşqçi idi. Gözlənilmədən başqa mütəxəssis gəldi. Murad Musayev “Krasnodar” üçün avtoritet deyil və olmayacaq. Komanda baş məşqçi və oyunçuları saxlasa, növbəti mövsüm ilk “beşliy”ə düşməyəcək”.

Qeyd edək ki, Murad Musayev “Krasnodar”dan əvvəl “Sabah”da işləyib.

Bənzər xəbərlər