featured-image-45522

“Musa Qurbanlı kimi futbolçulara hər zaman maraq olur”.

Msport.az xəbər verir ki, bu sözləri “Yurqorden”in idman direktoru Bosse Andersson “Fotbolldirekt”ə açıqlamasında deyib.

Klub rəsmisi bildirib ki, azərbaycanlı hücumçunu transfer edəndə artıq çoxları onunla maraqlanırdı.

Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin (CİES) Azərbaycan millisinin üzvünü 3 milyon 400 min avro dəyərində qiymətləndirməsinə də münasibət bildirən direktor əlavə edib: “Bu məbləği konkret hesablamaq çətindir. Amma Qurbanlının gələcəyini zaman göstərəcək. Bu məsələdə çoxlu müxtəlif məlumatlar var. Lakin dəyərin, əlbəttə ki, bir qədər yüksək qiymətləndirildiyi aydındır”.

Onun fikrincə, Musa özünə daha çox güvənməlidir: “Hücumçu üçün özünəinam qol vurmaqla əlaqələnir. Çox güman ki, meydana çıxmaqla Musanın özünəinamı artacaq. Futbolçularda həmişə belə dövrlər olur. Bu, hətta Yurgen Klinsmannın da başına gəlib”.

Qeyd edək ki, Musa Qurbanlı ötən ilin yayında “Yurqorden”ə keçib. O, bu il keçirilən 5 kubok matçının cəmi 2-sində meydana çıxıb və hər birində 18 dəqiqə oynayıb.

Bənzər xəbərlər