featured-image-46668

Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı İsveçin “Yurqarden” klubunda 20 nəfərlik iştirak ərizəsinə də düşə bilmir.

Msport.az xəbər verir ki, komandanın baş məşqçisi Tomas Lagerlöf III turda “Sirius”la oyunda belə qərar vermələrinə aydınlıq gətirib.

O, kollektivdə rəqabətli vəziyyətin olduğunu söyləyib: “Heyətdə yalnız 20 oyunçu ola bilər. Komandanın bütün mövqelərində tarazlıq olmalıdır. Daha yaxşı seçimlərimiz olduğunu hiss etdik. Qurbanlının oynamaması, başqa hücumçunun iştirak etməsi sadəcə, rəqabətdən qaynaqlanır”.

Qeyd edək ki, Musa Qurbanlı mövsümün ilk üç matçının cəmi birində meydana çıxıb. “Sirius” üzərində 2:0 hesablı qələbə qazanan “Yurqorden” hazırda 7 xalla turnir cədvəlinə başçılıq edir.

Bənzər xəbərlər