featured-image-17576

Almaniyanın “Bayern” klubunun futbolçusu Camal Musiala Almaniya millisinin tarixinə düşüb.

Msport.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi buna Qətərdə keçirilən dünya çempionatının 1-ci turunda Yaponiyaya qarşı matçda meydana çıxmaqla nail olub.

Musiala 19 yaş 270 günündə mundialda iştirak edib. Bununla da o, 64 illik rekordu yeniləyib.

O, 1958-ci ildə bunu bacaran Karl-Haynts Şnellingerdən (19 yaş 72 gün) sonra ən gənc oyunçu ünvanına sahib çıxıb.

Bənzər xəbərlər