featured-image-35820

Ukrayna Premyer Liqasında 3-cü turun oyunları keçirilib.

Msport.az xəbər verir ki, azərbaycanlı futbolçu Emil Mustafayevin komandası – “Polesye” də növbəti matçına çıxıb. Sözügedən komanda səfərdə LNZ ilə qarşılaşıb və 2:1 hesabıyla qalib gəlib.

Emil də bu görüşün iştirakçısı olub. O, bu matçın start heyətində meydana çıxıb və fasilədə əvəzlənib.

4 turdan sonra “Polesye” 6 xalla 16 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.

Bənzər xəbərlər