Namik "Bursaspor"un ən yaxşı legionerləri arasında
Millimizin üzvü Namik Ələskərov “Bursaspor”a bu mövsüm transfer olunan legionerlər arasında ən çox qol vura futbolçulardan biridir.
Msport.az Bursa mətbuatına istiandən xəbər verir ki, 27 yaşlı vinger bu mövsüm 4 qol və 5 məhsuldar ötürmə ilə 2-ci sırada qərarlaşıb.
Siyahıya 5 qol, assistlə Massimo Bruna başçılıq edir.
Xatırladaq ki, Ələskərov bu mövsüm “Bursaspor”da ən çox meydana çıxan (1 980 dəqiqə) legioner futbolçudur.