featured-image-14941

“Nant”ı “Qarabağ”a qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununa fərqli baş məşqçi çıxara bilər.

Msport.az “L Equipe”ə  istinadən xəbər verir ki, uğursuz nəticələrdən narazı qalan klub rəhbərliyi Antuan Kambuareni istefaya göndərməyə hazırlaşır.

İddiaya görə, Liqa 1 təmsilçisi artıq yeni baş məşqçi axtarışlarına başlayıb. Oktyabrın 16-da “Brest”lə çempionat oyunu 59 yaşlı mütəxəssisin bu postda son matçı ola bilər. Bu görüşdə də məğlubiyyət qeydə alınsa, Kambuare qovulacaq.

Nant təmsilçisi ölkə çempionatı və avrokuboklarda keçirdiyi son 7 qarşılaşmada qələbə qazana bilməyib. Komanda Liqa 1-də 7 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Qeyd edək ki, “Nant” və “Qarabağ” arasında V tur görüşü oktyabrın 27-də Fransada olacaq.

Bənzər xəbərlər