featured-image-1047

Gənclər və idman naziri Fərid Qayıbov Gürcüstan Basketbol Federasiyasının rəhbərliyini qəbul edib.

Msport.az xəbər verir ki, iki ölkə arasında idman əlaqələrinin əhəmiyyətindən danışan nazir Gürcüstan Basketbol Federasiyasının prezidenti Viktor Sanikidzeyə Azərbaycanın son illərdəki idman siyasəti barədə məlumat verib.

Görüş zamanı ölkələr arasında ikitərəfli idman əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib. Eyni zamanda, basktebol üzrə birgə təlim-məşq toplanışlarının təşkilinin mümkünlüyü qeyd olunub.

Bənzər xəbərlər