"Ndlovunun zədəsinə görə uzun müddət sıxıntılar yaşadıq"
“Kocaelispor” klubunun prezidenti Engin Koyun Dino Ndlovunun komandadan ayrılmasına münasibət bildirib.
Msport.az “TRT Spor”a istinadən xəbər verir ki, o, Cənubi afrikalı futbolçunun Çinə qayıtması barədə danışarkən bildirib:
“Dinonun zaman-zaman bizə faydası olub. Amma uzun müddət də onun zədəsinə görə sıxıntılar yaşadıq. Zədəsini sağaltdıqdan sonra isə yaxşı təklif aldı. Bizə təklifi dəyərləndirəcəyini dedi. Bildirdi ki, artıq 32 yaşındayam, yaxşı təklif almışam və klubuma da fayda vermək istəyirəm. Təklifi qarşılıqlı olaraq qiymətləndirdik. Klubun və Dinonun mənfəətlərini düşünərək belə qərar verdik”.
Türkiyə mətbuatının yazdığına görə, “Qarabağ”ın sabiq forvardı Dino Ndlovu “Kocaelispor”dan ayrılıb. 32 yaşlı Cənubi afrikalı hücumçunun karyerasını Çinin Super Liqa təmsilçisi “Çançun Yatay”da davam etdirəcək. Ndlovunun transferi üçün 5 milyon dollar ödəniləcəyi iddia olunub.
Qeyd edək ki, Ndlovu 2018-ci ilin yanvarında “Qarabağ”dan Çinin 2-ci liqa klubu “Çjetsyaz” klubuna keçib. O, ötən yay Türkiyə 1-ci liqa təmsilçisi “Kocaelispor”a transfer olunub. Bu komandada 15 oyuna 9 qol vurub, 1 qolun isə ötürməsini edib.