featured-image-82722

Azərbaycan Premyer Liqasında VI tura bu gün start veriləcək.

Msport.az xəbər verir ki, günün ilk oyununda “Neftçi” “Qəbələ”nin qonağı olacaq.

Qarşılaşma saat 17:30-da start götürəcək. Paytaxt təmsilçisi hazırda 12 xalla ikinci, bölgə klubu 4 xalla səkkizinci pillədə qərarlaşıb. Bu matç həm də “Neftçi”nin Azərbaycan çempionatları tarixindəki 1000-ci oyunu olacaq.

Günün ikinci görüşündə “Qarabağ” “Şəfa” ilə üz-üzə gələcək. Bu qarşılaşma saat 19:45-də başlayacaq. Rəqibindən bir oyun az keçirən “Qarabağ” 10 xalla üçüncü, “Şəfa” 3 xalla onuncudur.

 

Premyer Liqa

VI tur

18 sentyabr

 

17:30. “Qəbələ” – “Neftçi”

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Namiq Bəkirov.

VAR: Tural Qurbanov.

AVAR: Asiman Əzizli.

Hakim-inspektor: Şahin Cəfərov.

AFFA nümayəndəsi: Erkin Hüseynov.

Qəbələ şəhər stadionu

 

19:45. “Qarabağ” – “Şəfa”

Hakimlər: Vüqar Həsənli, Rəhman İmami, Gülnurə Əkbərzadə, İslam Məmmədov.

VAR: Kamranbəy Rəhimov.

AVAR: Pərvin Talıbov.

Hakim-inspektor: Asim Xudiyev.

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.

Tofiq Bəhramov adına Respublika stadionu

 

Qeyd edək ki, turun digər matçları sentyabrın 19-20-də keçiriləcək.

Bənzər xəbərlər