“Neftçi” 3 futbolçusunu icarəyə verdi
“Neftçi” gənc futbolçuları ilə bağlı qərarını verib.
Msport.az-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, “ağ-qaralar” 3 oyunçusunu icarəyə verib.
Bunlar Vüsal Əsgərov, Seymur Əliyev və Xəyal Nəcəfovdu. İlk iki oyunçu “İrəvan”a, Nəcəfov isə “Turan Tovuz”a 1 ilik icarəyə verilib.
Bundan başqa, icarə əsasında oynadığı “Turan Tovuz”dan qayıdan Turan Vəlizadə “Neftçi-2” ilə birgə hazırlaşır.
Müqaviləsi başa çatan Asim Əlizadə və sözləşməsinə qarşılıqlı razılıqla xitam verilən Elşad Tağıyevlə yollar ayrılıb.
Ötən mövsüm əsas komandaya cəlb edilən Ömər Qurbanov isə “Zirə”yə keçib.