“Neftçi” 600 minlik müdafiəçini istəyir
“Neftçi” heyətini yeni müdafiəçi ilə gücləndirməyə hazırlaşır.
Msport.az xəbər verir ki, “ağ-qaralar” son klubu Buxarest “Dinamo”su olan Kristian Kostin ilə danışıq aparır.
“Neftçi”nin rumıniyalı futbolçunu heyətinə qatmağa yaxın olduğu bildirilib. Müdafiənin sağında oynayan Kristianın “transfermarkt” portalında dəyəri 600 min avrodur. O, karyerası ərzində ancaq ölkəsində çıxış edib.
26 yaşlı futbolçu “UTA Arad”, “Voluntari”, “Skolar Resita” kimi klublarda çıxış edib. Kostin karyerası ərzində 249 oyunda 14 qol vurub, 9 məhsuldar ötürmə edib.