"Neftçi" "Araz-Naxçıvan" önünə itkilərlə çıxacaq
“Neftçi” Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində bu gün “Araz-Naxçıvan”ı qəbul edəcək.
Msport.az xəbər verir ki, “ağ-qaralar” oyuna itkilərlə çıxacaq. Basalla Sambu və Andrey Ştoqrin zədəli olduqlarından komandalarına kömək edə bilməyəcəklər.
İlk turu cəza səbəbindən buraxan İfeanyi Metyu bu gün meydana çıxmasında heç bir əngəl yoxdur. Bundan başqa, “Neftçİ”nin yeni transferi Droqolyub Saviç Azərbaycan Premyer Liqasında debüt edə bilər.
Qeyd edək ki, “Neftçi” – “Araz-Naxçıvan” matçı saat 20:45-də start götürəcək.







