featured-image-48619

“Neftçi” baş məşqçisi Miodraq Bojoviçlə yollarını ayırıb. Msport.az xəbər verir ki, bu barədə klubun rəsmi səhifəsi məlumat yayıb.

“Neftçi” PFK Miodraq Bojoviçlə olan müqavilənin müddətinin uzadılmaması barədə qərar verib”.

Qeyd edək ki, dünən keçirilən “Neftçi” – “Sabah” oyunundan (0:1) sonra “ağ-qaralar”ın avrokuboklardan kənarda qalması rəsmiləşib. “Neftçi” mövsümü 5-ci yerdə başa vurub.

Bojoviç “Neftçi”nin baş məşqçi postuna ötən il dekabrın 24-də təyin olunmuşdu.

Bənzər xəbərlər