featured-image-79928

Sloveniyada təlim-məşq toplanışında olan “Neftçi” ikinci yoxlama oyununa bu gün çıxacaq.

Msport.az xəbər verir ki, “ağ-qaralar” Serbiya təmsilçisi “Partizan”la üz-üzə gələcək.

Matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, Yuri Vernidubun baş məşqçisi olduğu komanda ilk yoxlama oyununda Rumıniyanın “ÇFR Kluj” kollektivinə uduzub – 1:2.

Bənzər xəbərlər