featured-image-45479

Bu gün keçirilməli olan “Neftçi” – “Spartak” (Moskva) yoldaşlıq oyunu Rusiya klubunun xahişi ilə ləğv olunub.

Msport.az xəbər verir ki, bu barədə Azərbaycan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki? Buna səbəb Moskvada dünən baş vermiş terror aktı və akt nəticəsində çox sayda insanın həlak olmasıdır.

“Neftçi” PFK olaraq baş vermiş hadisəyə görə kədərləndiyini bildirir, başsağlığı veririk.

Qeyd edək ki, oyun üçün alınmış biletlər qaytarılacaq.

______________________

“Neftçi” komandası bu gün Bakıda yoldaşlıq oyunu keçirəcək.

Msport.az xəbər verir ki, Miodraq Bojoviçin baş məşqçi olduğu kollektiv Rusiyanın “Spartak” klubunu qəbul edəcək.

“Neftçi Arena”dakı qarşılaşma saat 18:00-da başlanacaq.

Tərəflər son olaraq iyulun 18-də Rusiya paytaxtında üz-üzə gəliblər. “Otkrıtiye Bank Arena”da baş tutan görüş “Spartak”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bənzər xəbərlər