"Neftçi" daha bir legioneri ilə yollarını ayırdı - RƏSMİ
“Neftçi” Alessio Kurçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
Msport.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, lüksemburqlu hücumçu “ağ-qaralar”ın heyətində 19 rəsmi oyun keçirib, 2 qol vurub, 1 assist edib.
24 yaşlı futbolçu ötən ilin yayında Belçikanın “Royal Francs Borains” klubundan transfer olunmuşdu.







