featured-image-47853

“Neftçi” heyətinə yeni əcnəbi futbolçu cəlb edə bilər.

Msport.az topsport.bg saytına istinadən xəbər verir ki, “ağ-qaralar” “Levski”nin hücumçusu Rikardinyonu transfer etməkdə maraqlıdır.

İddiaya görə, Bakı klubu braziliyalı forvardı yayda heyətinə qatmağı planlaşdırır.

Lakin Sofiya klubunun rəhbərliyi 23 yaşlı oyunçunu 1 milyon avrodan aşağı məbləğə buraxmaq fikrində deyil.

“Sambaçı” “Qremio”, “Maritimu” və “Atletiko Qoyaniense”də oynadıqdan sonra 2023-cü ildə “Levski”yə keçib.

Bənzər xəbərlər