featured-image-55743
“Neftçi” futbolçusu Brayan Moreno ilə yollarını ayırıb.
Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, kolumbiyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, bu ilin yanvarında transfer olunmuş Moreno “Neftçi”nin heyətində 18 rəsmi oyun keçirib, 4 qol vurub. Zədəli olduğu üçün onun adı bu mövsümkü iştirak ərizəsinə salınmamışdı.

Bənzər xəbərlər