"Neftçi"də itki - Yeni transfer 3-4 həftə oynamayacaq
Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində keçirilmiş “Neftçi” – “Sumqayıt” matçından əvvəl yüngül məşq zamanı zədələnmiş futbolçu Kenni Sayefin və Vato Arveladzenin durumuna aydınlıq gəlib.
Msport.az klubun rəsmi saytına istinadən xəbə verir ki, hər iki oyunçu tibbi müayinədən keçib.
Bununla bağlı “ağ-qaralar”ın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlama verib. Onun verdiyi məlumata görə, burun nahiyəsindən zədə almış və bu səbəbdən qanaxma və yumşaq toxumada əzilmələri olan Sayefin qoruyucu ilə məşq edəcəyi gözlənilir. Bu, bugünkü məşqöncəsi son müayinədən sonra dəqiqləşəcək. Budunun arxa qrup əzələsində kəskin gərilməsi olan Arveladze isə 3-4 həftə müalicə alacaq.