featured-image-81305

“Neftçi” növbəti transferini rəsmiləşdirib.

Msport.az xəbər verir ki, “ağ-qaralar” macarıstanlı hücumameylli yarımmüdafiəçi Alen Şkribeklə anlaşıb.

25 yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlanıb.

Bunadək yalnız vətənində çıxış etmiş Şkribekin son klubu ZTE olub. O, 2026/27 mövsümündə Macarıstan çempionatının ilk 3 turunda bütün oyunlarda komandasının formasını geyinib, 3 məhsuldar ötürmə ilə yadda qalıb. Ötən mövsüm isə ZTE-nin heyətində ümumilikdə 37 matçda meydana çıxıb, 11 qol, 5 assist müəllifi olub.

Universal futbolçu olan Alen həm yarımmüdafiənin mərkəzində, həm də “10 nömrə” mövqeyində oynayır.

 

Bənzər xəbərlər