"Neftçi"də yeni müqavilə - RƏSMİ
“Neftçi” Emil Səfərovla müqavilənin müddətini uzadılıb.
Msport.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi ilə yeni 2+1 illik müqavilə imzalanıb.
Emil Azərbaycan Premyer Liqasında 18 yaşında yetirməsi olduğu “Qəbələ”də debüt edib və getdikcə əsas heyətdə möhkəmlənməyə başlayıb, bir müddət sonra isə A milli komandaya dəvət alıb.
2024-cü ildən “Neftçi”də çıxış edən Səfərov 2 il ərzində “Neftçi”nin heyətində bütün turnirlərdə 50 oyuna 3 qol vurub 5 məhsuldar ötürmə verib.







