“Neftçi”dən ayrılıb Rusiya klubuna keçdi
“Neftçi”nin rusiyalı futbolçusu Reziuan Mirzov karyerasını ölkəsində davam etdirəcək.
Msport.az xəbər verir ki, 31 yaşlı vinger Bakı klubundan əvvəl formasını geyindiyi “Ximki”yə dönüb. Adıçəkilən klub rəsmi sayt vasitəsilə Mirzovla azad agent kimi müqavilə imzalandığını açıqlayıb. Mirzov bu mövsüm Premyer Liqaya qayıdan komandanın uğurları üçün çalışacaq.
Hücum oyunçusu geridə qalan mövsüm “Neftçi”nin heyətində meydana çıxdığı 25 oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Reziuan Mirzov 2020-2023-cü illərdə “Ximki”nin formasını geyinib.