featured-image-81553

“Neftçi” heyətinə yeni futbolçu cəlb edib. 

Msport.az xəbər verir ki, paytaxt klubu serbiyalı hücumameylli yarımmüdafiəçi Draqolyub Saviçlə anlaşıb.

25 yaşlı futbolçu ilə 2+1 il müddətində müqavilə bağlanıb.

Əsasən sol vinger mövqeyində çıxış edən Saviç Serbiya, Avstriya və Latviya klublarında çıxış edib. RFS klubu ilə Latviya çempionatının (2023, 2024) və kubokunun (2024) qalibi olub.

Sonuncu komandası TSC ilə ötən mövsüm Serbiya Superliqası və kubok yarışlarında 36 matçda meydana çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə verib. 2026/27 mövsümündə isə Serbiya çempionatının ilk 3 turunda bütün oyunlarda komandasının formasını geyinib, 1 qol ötürməsi ilə yadda qalıb.

Bənzər xəbərlər