featured-image-46599

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXX turun daha bir oyunu keçirilib.

Msport.az xəbər verir ki, günün ikinci matçında “Neftçi” “Araz-Naxçıvan”ı qəbul edib.

“Neftçi Arena”dakı qarşılaşma “ağ-qaralar”ın 2:0 hesablı qələbəsi ilə bitib.

1-ci dəqiqədə Brayan Moreno, 45-ci dəqiqədə Rəhman Hacıyev fərqlənib. 87-ci dəqiqədə İqor Ribeyro avtoqol müəllifi olub.

Bu nəticədən sonra xallarının sayını 47-yə çatdıran “Neftçi” ikinci pilləyə yüksəlib. 32 xala malik Naxçıvan təmsilçidi 8-ci sıradadır.

Qeyd edək ki, günün ilk matçında “Turan Tovuz” “Qəbələ”ni 2:1 hesabı ilə üstələyib. Ötən gün “Sumqayıt” – “Zirə” qarşılaşması qolsuz başa çatıb. Tura aprelin 14-də yekun vurulacaq.

Bənzər xəbərlər