“Neftçi”dən tarixi rekord
“Neftçi” Azərbaycan Premyer Liqasının 2025/26 mövsümündə ilk böyükhesablı qələbəsini qazanıb.
Msport.az xəbər verir ki, bu, X turun “Kəpəz”lə ev oyununa təsadüf edib.
“Ağ-qaralar” 5:1 hesabı ilə qalib gəlib. Bu, Bakı klubunun ən azı bir böyükhesablı qələbə qazandığı 32-ci mövsümdür. Paytaxt təmsilçisi yalnız iki dəfə – 2009/10 və 2015/16 mövsümlərində üç və ya daha çox top fərqi ilə qələbə qazanmayıb.
Bir komandanın 32 fərqli mövsümdə belə qələbə qazanması Azərbaycan çempionatlarında yeni rekorddur.







