featured-image-53247

Azərbaycan Premyer Liqasında 4-cü turun oyunları keçirilir. Msport.az xəbər verir ki, günün ikinci oyununda “Araz Naxçıvan” Mərdəkanda “Neftçi”ni qəbul edib.

“Ağ-qaralar” yalnız 90+5-ci dəqiqədə vurulan qolla məğlubiyyətdən qaçıblar – 1:1. Qeyd edək ki, “Neftçi”nin qolu zamanı Naxçıvan klubunun futbolçuları rəqibin “fair-play”i pozduğunu iddia ediblər. Bundan sonra meydanda qarışıqlıq yaranıb. Baş hakim İnqlab Məmmədov “Araz Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyevə qırmızı vərəqə göstərib.

 

“Araz-Naxçıvan” – “Neftçi” 1:1
Qollar: 
Ömər Buludov, 15 – Ramil Şeydayev, 90+5
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov
VAR: Cavid Cəlilov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
“Liv Bona Dea Arena”, 20:30

Bənzər xəbərlər