featured-image-51283

Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi” növbəti yoxlama oyununu keçirib. Msport.az xəbər verir ki, Roman Qriqorçukun komandası “Ərzrumspor”la qarşılaşıb.

Türkiyə I Liqa təmsilçisi ilə görüşdə hesab açılmayıb – 0:0.

“Neftçi”nin start heyəti: Rza Cəfərov, Höccət Haqverdi, Qara Qarayev, Azər Əliyev, Kilian Lebon, Emil Səfərov, Azər Salahlı, Fərid Yusifli, Yuri Matias, Yeqor Boqomolski, Ağadadaş Salyanski.

Xatırladaq ki, “Neftçi” Ərzrum toplanışında “Alanyaspor” (3:1) və “Sivasspor” (2:1) klublarını məğlub etmişdi.

Bənzər xəbərlər