featured-image-30195

“Neftçi” yayda “Sankt-Peterburqda keçiriləcək yoldaşlıq turnirində iştirak edə bilər. Msport.az xəbər verir ki, bu məlumatı Rusiyanın “Sport-Ekspress” nəşri yayıb.

Yarışa “Zenit”, “Fənərbaxça” və “Srvena Zvezda”nın qatılması rəsmiləşib. “Neftçi” klubundan təstiqləyiblər ki, təşkilatçılarla danışıqlar gedir.

“Komanda bu turnirdə iştirak etməkdə maraqlıdır. İndi danışıqlar gedir, amma hələ iştirakımızı təstiqləyə bilmərik” – “Neftçi”nin mətbuat xidmətindən belə deyilib.

“Ağ-qaralar” yarışda Moskva “Dinamo”sunu əvəzləyə bilər. “Dinamo”nun baş məşqçisi istefaya göndərildiyindən komandanın hazırlıq planında dəyişiklik edilib.

AYXAN

Bənzər xəbərlər