featured-image-35816

“Neftçi” ilə birgə adı çəkilən Olimpiu Morutan Türkiyədə komandasını dəyişib.

Msport.az xəbər verir ki, “Ankaragücü” rumıniyalı yarımmüdafiəçini “Qalatasaray”dan transfer edib.

25 yaşlı oyunçu yeni komandasına 3 milyon avroya başa gəlib. Morutan “Ankaragücü”yə rekord məbləğə keçərək, paytaxt təmsilçisində tarixin ən bahalı transferi olub.

Qeyd edək ki, Olimpiu Morutan ötən mövsüm icarə əsasında İtaliyanın “Pisa” klubunda çıxış edib.

Bənzər xəbərlər