featured-image-67421

Polşada təlim-məşq toplanışında olan “Neftçi” ilk yoxlama oyununu keçirib. Msport.az xəbər verir ki, “ağ-qaralar” Tel-Əvivin “Hapoel” klubu ilə üz-üzə gəlib.

Matç 1:1 hesabı ilə başa çatıb.

Görüşün 1-ci dəqiqəsində Emin Mahmudov hesabı açıb. Lakin 34-cü dəqiqədə Roy Korin penalti zərbəsi ilə hesabı bərabərləşdirib.

“Neftçi”nin start heyəti: Emil Balayev, Andrey Ştoqrin, Elvin Bədəlov, Murad Xaçayev, Sessi D Almeyda, Emin Səfərov, Emin Mahmudov, Bassala Sambu, Luis Ortis, Mustafa Sek, Aleks Fernandes.

 

Bənzər xəbərlər