"Neftçi" kubokda mübarizəni dayandırdı
Azərbaycan kubokunda 1\8 final mərhələsinin oyunları davam edir. Msport.az xəbər veir ki, mərhələnin ən çox maraq doğuran dueti “Zirə” ilə “Neftçi” arasında olub.
Zirə İdman Mərkəsində keçirilən görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Rəşad Sadıqovun komandası əlavə vaxtda rəqib qapısına yol tapıb. 116-cı dəqiqədə Martins Junior “Zirə”yə qələbə gətirən qolu vurub.
Beləliklə, “Neftçi” Azərbaycan kubokunda mübarizəni dayandırıb.
“Zirə” 1/4 finalda “Difai” – “Sumqayıt” cütünün qalibi ilə qarşılaşacaq.
Azərbaycan kuboku
1/8 final
2 dekabr
19:00. “Zirə” – “Neftçi” – 1:0
Qol: Martins Junior, 116
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
Zirə İdman Kompleksinin stadionu







